İŞİD Türkiyəyə raket atdı: 5 uşaq yaralandı

İŞİD terror təşkilatı Suriya ərazisindən Türkiyəyə "Katyuşa” raketləri ilə zərbələr endirib.
 
"Milliyet”in verdiyi xəbərə görə, Kilis şəhərinin mərkəzinə endirilən raket zərbələri nəticəsində çoxlu sayda insan yaralanıb.   
 
Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub. 
 
X X X
 
İŞİD terror təşkilatının Suriyadan Türkiyəyə endirdiyi raket zərbələri nəticəsində xəsarət alanların ilkin sayı açıqlanıb.
 
"Milliyet”in verdiyi xəbərə görə, hadisə nəticəsində 6 nəfər yaralanıb. Onlardan 5-i uşaqdır./APA/

MediaFax