İŞİD Rusiyaya qarşı cihada çağırdı

İŞİD terror qruplaşması Rusiyaya qarşı cihada başlamağa çağırıb.
 
Reuters agentliyinin verdiyi xəbərə görə, YouTube-da yerləşdirilən 9 dəqiqəlik  videogörüntüdə silahlılar rusiyalıları hədələyib, prezident Vladimir Putinə isə xəbərdarlıq edərək müsəlmanları Rusiyaya qarşı cihada qoşulmağa çağırıb.
 
Ekspertlər videogörüntülərin mənşəyini hələ ki, müəyyən etməyiblər./APA/

MediaFax