İŞİD Palmira yaxınlığında ağır itkilər verdi - VİDEO

İŞİD Suriyanın Homs vilayətinin yaxınlığındakı strateji əhəmiyyətli Əl-Tayfur hərbi hava limanını ələ keçirmək istəyir.

Əl-Tayfur hərbi aeroportunda yerləşən Suriya ordusu komandirlərindən biri İŞİD terror təşkilatının bu əraziyə və 4-cü stansiyaya etdiyi onlarla hücumunun qarşısının alındığını və terrorçulara ağır zərbə vurduqlarını açıqlayıb. "İŞİD terrorçuları Əl-Tayfur hərbi aeroportuna girmək üçün çox cəhdlər edirlər, çünki bu ərazinin strateji əhəmiyyəti böyükdür. Suriya heç vaxt İŞİD-in bu əraziyə malik olmasına imkan verməyəcək və aeroportun müdafiəçiləri terrorçuların bütün hücumlarını havadan verilən dəstək sayəsində dəf edir. Suriya ordusu dünən İŞİD-ə aid 2 maşını Əl-Tayfur aeroportunun şimal-şərqində yerləşən təpədə məhv edib. Hadisədə 25 terrorçu öldürülüb. Homsun şərq ətrafında olan cəbhədə yaxın günlərdə müsbət irəliləyişlərə şahid olacağıq"./deyerler.org/
 

MediaFax