İŞİD Mosulda neft quyularına od vurdu

İŞİD silahlıları İraqın Mosul şəhəri yaxınlığında yerləşən neft quyularına od vurublar.
 
BFMTV telekanalının verdiyi xəbərə görə, terrorçular Mosul yaxınlığındakı Kayəra şəhərində neft quyu və borularına od vurublar. Şəhər üzərində qatı qara tüstünün göründüyü bildirilir.
 
Xatırladaq  ki, Mosulun azad edilməsi əməliyyatı oktyabrın 17-nə keçən gecə başlayıb./APA/

MediaFax