İŞİD İranda peyda oldu: ölənlər var

İranın Kirmanşah əyalətində terrorçular və təhlükəsizlik qüvvələri arasında atışma baş verib, 3 terrorçu öldürülüb. 
 
Bu gün səhər  polis, təhlükəsizlik qüvvələri və xüsusi təyinatlıların iştirakı ilə Kirmanşah şəhərinin məhəllələrinin birində əməliyyat keçirilib.
 
Əməliyyat zamanı İŞİD terror qruplaşmasına bağlı olan 3 nəfər öldürülüb. Onlardan bir ədəd "Kalaşnikov” markalı avtomat, iki avtomat darağı,  bir ədəd partlayıcı kəmər  götürülüb./apa.az/

MediaFax