İŞİD-in yox olacağı tarix - ABŞ generalının açıqlaması

Suriyanın Rakka və İraqın Mosul şəhərlərinin İŞİD-dən azad olunması və terror qruplaşmasının tam məhvi iki il vaxt aparacaq.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın komandanı, general Stiven Taunsend "Deylu Bist”ə müsahibəsində məlumat verib.

"Mosulun və Rakkanın İŞİD-dən təmizlənməsi, Suriya səhrasında gizlənə biləcək ayrı-ayrı silahlı dəstələrin tapıb zərərsizləşdirilməsi ən azı 2018-ci ilin sonunda mümkün olacaq”, - general qeyd edib.

MediaFax