İŞİD Azərbaycan şirkətinə hücum edib?

"Rəvan Sığorta" ASC-nin rəsmi internet səhifəsi özünü İŞİD terror təşkilatının haker qrupu kimi qələmə verən "Team System Dz" tərəfindən hücuma məruz qalıb.
 
Hakerlər şirkətin saytında "I love the Caliphate State Islamic country" şüarını və təhdid dolu mətn yerləşdirib.
 
Bundan başqa, saytda Suriyada baş verənləri əks etdirən videoçarx yerləşdirilib.
 
Məsələ ilə bağlı şirkətdən münasibət öyrənmək mümkün olmayıb.
 
Qeyd edək ki, "Rəvan Sığorta" ASC "Nurgün" şirkətlər qrupunun tabeliyində fəaliyyət göstərir./apa.az/
 
MediaFax