İsgəndərovun “Təmiz Binəqədi” korrupsiyasını yağış yudu...

Başçının "Təmiz Binəqədi” korrupsiyasını yağış yuduBinəqədi rayon icra başçısının "Təmiz Binəqədi” layihəsi payız yağışında ifşa oldu

Politika.Az-ın məlumatına görə, bu layihənin altında gizlənən biabırçılığı təbiət üzə çıxardı. 

Paytaxta yağan iki günlük yağış Binəqədinin yuyub apardı. Xaləddin İsgəndərovun korrupsiyanı küçələrdə yaranan göllərdə özünü sübut etdi. Əslində, icra başçısı növbəti faciəyə səbəbkar olacaqdı. 

Xaləddin İsgəndərov Binəqədi camaatını boğacaqdı. İcra başçısının 16-18 oktyabr tarixlərində də iflasa uğramış, biabırçı "Təmiz Binəqədi” layihəsi böyük fəlakətə gətirib çıxaracaqdı. 

FHN-nin xilasediciləri sakinləri təxliyə etməsəydi yanan bina işinə bənzər faciə yaşanmağa yaxın idi. 

X.İsgəndərov isə yenə də kabinetindən çıxmadı, Binəqədinin bu günə düşməsinə görə izahat vermədi. Bu da dövlət məmurunun vətəndaşlara münasibətidir. Binəqədi başçısının hərəkəti təəccüb doğurmur. Çünki yanan binanın fasadına vurulan politeran ideyası da onun idi. 

Nəticədə yağış yağan günlərdə "Təmin Binəqədi”nin küçələrində qayıqla üzmək olardı. Rayondakı evləri, həyətləri su basdı, sakinlər boğulmaq həddinə çatdırıldı. 

Milyonlarla dövlət büdcəsi hesabına başa gələn "Təmin Binəqədi” layihəsinin korrupsiyaya uğradığı isbat olundu. 

Nədənsə bu rayonda illərdir ki, yağışdan sonrakı problemlər öz həllini tapmır. X.İsgəndərovun bu layihəsi sadəcə təmiz yeyintiyə səbəb olub. Leysan yağışlar bu layihəni də suya batırdı. 

"Acınacaqlı vəziyyət Binəqədi rayonunda yaşanır. Binəqədi şossesindən 5-6 qəsəbənin sakinləri istifadə edir. Bu yol gözümüz açılandan belə olub. Hər payız-qış süni göllər əmələ gəlir. Hər il bu yola pullar tökülür və sonra yenə xarabazara çevrilir. 

Bu, artıq cinayət əməlidir, büdcə pulları göyə sovrulur, problem isə qalır. Bir yolu nə qədər qazmaq və düzəltmək olar?”. Bu sözləri də Razi Nurullayev deyib. 

Qarşı tərəfi dinləməyə hazırıq. 


MediaFax