İşbazlar alıcıları belə aldadır - Foto

Son günlər mağazalarda vaxtı keçmiş qidalara, kolbasa-sosiska və süd məhsullarına rast gəlmək olar

İstehlakçı Səbinə Əliyeva zay məhsulla qarşılıb: "Xamanın içindən qara bir şey çıxdı. Diqqətli olun. Bu məhsulu heç kimə tövsiyyə eləmirəm”. 

"İsmayıllı” və "İvanovka” brendi adı altında istehlakçıların kütləvi aldadılması halları tez-tez baş verir. "İvanovka” adı ilə istehlakçılara təklif edilən məhsulların böyük əksəriyyətinin İvanovka kəndi ilə heç bir əlaqəsi yoxdur:

"İvanovka” adı altında təxminən 20-yə qədər süd məhsulu istehsal olunur. Hansı ki, bunların heç birinin İvanovka ilə heç bir əlaqəsi yoxdur. İvanovka kəndinin Bakıda cəmi üç dükanı mövcuddur. 

Lakin 10-ə qədər dükan "İvanovka” adı altında əhalini aldatmaqla məşğuldur. Onlar "İvanovka” brendi altında istehlakçıları aldadırlar. Bütün bu qanunsuzluqların aradan qaldırılmasına, istehlakçı hüquqlarının bərpa ediməsinə ciddi ehtiyac var.

Bəzi süd məhsullarının üzərində İvanovkada istehsal olunduğu göstərilsə də əslində məhsul orada istehsal olunmur. İvanovkadan heç süd də alınmır. 

Bunu Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov demişdi. Qeyd edib ki, paytaxtda satışda olan "Uzun ömür İvanovka” məhsulları saxtadır, İvanovkada istehsal olunmur. Bununla bağlı İvanovka sakinləri onlara dəfələrlə şikayət edib. 

 
Ümumiyyətlə məhsulların İvanovkadan alınmadan buraxılması ilə bağlı istehlakçıların çoxsaylı aldadılması halları var. Buna şərablar, şirniyyat məhsulları daxildir. İlkin məlumatlara görə, heç də İvanovkadan süd alınmır. Təzadlı məlumatlar gəlir. Bəzən kontrakt göstərilir./politika.az/
 


MediaFax