İsa Qəmbərin oğlu BŞBPİ-ə aparılıb - Yenilənib

12:23 
 
NİDA Vətəndaş Hərəkatının idarə heyətinin üzvü Turqut Qəmbər saxlanılıb.

O, Bakı Apellyasiya Məhkəməsinin qarşısında saxlanılıb və Bakı Şəhər Baş Polis İdarəsinə aparıldığı bildirilib.

Bu gün Bakı Apellyasiya Məhkəməsində təşkilatın digər üzvü Elgiz Qəhrəmanın həbs-qətimkan tədbirindən verilən şikayətə baxılıb.

Qeyd edək ki, Turqut Qəmbər Müsavat partiyasının sabiq başqanı İsa Qəmbərin oğludur./lent.az/
 
----------
13:49 
 
NİDA hərəkatının fəalı Turqut Qəmbər sərbəst buraxılıb.

Turqut Qəmbər ictimai qaydaları pozduğuna görə müvəqqəti-bir neçə saatlığa saxlanılıbmış.

Belə ki, Turqut Qəmbər bu gün NİDA Vətəndaş Hərəkatının bütün üzvlərini həbsdə olan digər fəal Elgiz Qəhrəmanlı barəsində verilən apellyasiya şikayəti üzrə təyin edilən məhkəmə iclasına çağırıb və bununla onları ictimai qaydanı pozmağa təhrik edib./virtualaz.org/
 
----------
12:23



MediaFax