İran təbii qaz qiymətləri ilə əlaqədar Türkiyəyə 1,9 milyard dollar təzminat ödəyəcək.
Bu barədə Beynəlxalq Arbitraj Məhkəməsi qərar verib.
Türkiyə hesab edir ki, İrandan aldığı qazın qiyməti Azərbaycan və Rusiyadan aldığı təbii qaz qiymətindən daha yüksəkdir. Türkiyənin şikayətinə baxan Beynəlxalq Arbitraj Məhkəməsi Tehrandan qiymətlərin azaldılmasını tələb edib.
Qərar barədə danışan İranın neft sənayesi nazirinin müavini Xalid-Rza Əraği bildirib ki, İrandan Türkiyəyə tədarük olunan qazın qiymətinin 13,3 faiz azaldılması barədə razılıq əldə edilib./trend.az/
MediaFax