İran odla oynayır - ABŞ prezidenti

ABŞ prezidenti Donald Tramp İranın ünvanına növbəti dəfə sərt ifadələr işlədib.
 
D. Tramp özünün "Twitter" səhifəsində aşağıdakıları yazıb:
 
"İran odla oynayır. Onlar prezident Obamanın İrana münasibətdə necə "xeyirxah" olduğunu lazımınca qiymətləndirmirlər. Mən isə belə olmayacağam!"/APA/

MediaFax