iPhone 7 üçün uzun növbələr... - Fotolar

Sentyabrın 23-də satışa çıxarılan iPhone 7-ni əldə etmək istəyənlərin uzun-uzadı növbəyə dayanıblar.
 
Apple markasına daxil olan iPhone 7-ni almaq istəyənlərin uzun-uzadı növbəsi sosial şəbəkələrdə ciddi rezonansa səbəb olub.

Moskvada iPhone 7-ni əldə etmək istəyənlərin uzun növbəsi şəhər əhalisəndə və ölkə ictimaiyyətində ciddi müzakirələr yol açıb.

Belə ki,  Moskvanın QUM ticarət mərkəzində satışa çıxarılan iPhone 7 və iPhone 7 Plus əldə etmək üçün 500-ə yaxın insan növbəyə dayanıb. Ən qəribəsi odur ki, həvəskarlar növbəyə bir gün öncə saat 20.00-dan etibarən növbə tutmağa başlayıblar.

Hətta satış zamanı öz növbəsini bir neçə on min rubla satan insanlar da olub.

Satışa çıxarılan iPhone 7 və iPhone 7 Plus modelləri həvəskarları tərəfindən 3 saat müddətində alınıb.

iPhone 7 və iPhone 7 Plus modellarının az sayda satışa çıxarılması alıcılar tərəfindən ciddi narazıçılığa və mübahisələrə səbəb olub./gununsesi.info/
 



MediaFax