İnternetdə yayılan xəbər iki dövləti üz-üzə gətirdi

İnternetdə yayımlanan yalan bir xəbər İsrail ilə Pakistanı sosial mediada qarşı-qarşıya gətirib.

AVD adlı saytda dekabrın 20-də dərc olunan bir xəbərdə, İsrail müdafiə naziri Moşe Yaalonun "Pakistan İŞİD-lə müharibə üçün Suriyaya quru qoşun göndərsə, bu ölkəni nüvə hücumları ilə yox edərik” dediyi iddia edilib.

Xəbərin yayılmasından sonra, Pakistanın müdafiə naziri Havaca Asif, rəsmi tvitter hesabında "İsrail müdafiə naziri Pakistanı nüvə hücumları ilə  təhdid edir. Lakin Pakistanın da nüvə gücü olduğunu unudur” yazıb.

Bundan sonra, İsrail Müdafiə Nazirliyi  tvitter üzərindən  internet saytında yayımlanan xəbərin tamamilə yalan olduğunu bildirib.

Qeyd edək ki, Pakistan ilə İsrail arasında diplomatik münasibətlər yoxdur./avropa.info/

MediaFax