İnformasiya cəmiyyətinin inkişafı ilə bağlı - Sərəncam

Azərbaycan prezidenti informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiya üzrə Dövlət Proqramını təsdiq edib
 
Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
 
Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə həvalə edilib.
 
Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələlərin həll tapşırılıb. 

MediaFax