Çindən İngiltərəyə sərt reaksiya

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qinq Şuanq Honq Konqla bağlı hesabat yayımlayan İngiltərə hökumətinə sərt reaksiya göstərib.

Honq Konqun Çinin xüsusi inzibati bölgəsi olduğunu deyən sözçü başqa ölkələrin buranın daxili işlərinə müdaxilə etməyə haqlarının olmadığını bildirib.

O, 6 aylıq Honq Konq hesabatı hazırlayan İngiltərə hökumətinə səslənərək, bu addımları dayandırmağı tələb edib.

Qeyd edək ki, İngiltərə parlamentinə təqdim olunan hesabatda rəsmi Pekinin insan hüquqlarını pozması, demokratiyaya riayət etməməsi ilə bağlı tənqidi fikirlər yazılıb./axar.az/

MediaFax