“İnana bilmirəm, dəhşətli qərardır” - Berti Foqts

Milli komandamızın sabiq çalışdırıcısı Berti Foqts dünya çempionatının final mərhələsində 48 komandanın iştirak etməsi ilə bağlı qəbul edilən qərara münasibət bildirib.

"Qafqazinfo” "Kicker” nəşrinə istinadən xəbər verir ki, Foqts bu layihəni fəlakət adlandırıb:

"Mən buna inana bilmirəm, tamamilə dəhşətli qərardır. Belə gedişlə dünya çempionatının sonuna çıxacaqlar. Əgər bunu istəyirlərsə, bu yolla getsinlər. Bu turniri hər kəs sevir, izləyir. Futbol üçün yaxşı layihə saymıram bunu. Artıq dünya çempionatı mənim turnirim deyil. Bu qərardan heç nə anlaya bilmirəm”.

Qeyd edək ki, FİFA dünən keçirilən iclasda rəsmi qərar qəbul edilib. Qərara əsasən, DÇ-2026-dan başlayaraq dünya çempionatında 48 komanda iştirak edəcək.

Xatırladaq ki, Berti Foqts Almaniya yığmasında futbolçu kimi 1974-cü ildə dünya, baş məşqçi kimi isə 1996-cı ildə Avropa çempionluğunu qazanıb. Mütəxəssis 2008/14-cü illərdə Azərbaycan milli komandasına rəhbərlik edib.

MediaFax