İlhamənin məzarı unudulubmu?

Bu ilin fevral ayında xalq artisti İlhamə Quliyeva vəfat edib.
 
Amma cəmiyyətdə belə fikirlər var ki, xalq artisti unudulub, hətta onun məzarını ziyarət edən belə, yoxdur. Bəs görəsən xalq artistinin məzarı ziyarət edilirmi?

Məsələ ilə saytımıza danışan xalq artistinin qohumu, müğənni Əli Mirəliyev bildirib ki, İlhamə Quliyeva unudulmayıb.

"İlk növbədə valideynlərimi ziyarət edirəm. Daha sonra isə Gülarə Əliyevanı, onun qızını, anasını, onun bacıları Lətifə və Dilbəri, oradan sonra  Hüseynağa Hadıyevin məzarına gedirəm. Sonra gedirəm Tükəzban bibimi, Həbib dayını, İlhaməni, Gülağa Məmmədovanı ziyarət edirəm. Yorulana qədər yaxınlarımın məzarını ziyarət edirəm. Sonuncu dəfə İlhamə Quliyevanın məzarını 3 həftə bundan əvvəl ziyarət etmişəm. İlhamə Quliyevanın məzarının ziyarət olunmaması yalandır. İlhamə Quliyevanın bacıları, mən və mənim qızım inun məzarını tez-tez ziyarət edirik.  Qəbiristanlıqdakı mollalar bizim tez-tez ora gəlməyimizin şahidi olur”./modern.az/

MediaFax