11:28
Azərbaycan prezidenti İlham Əliyev fevralın 17-də Münhendə Kiyev şəhərinin meri, Ukrayna İslahatlar naminə Demokratik Alyansının sədri Vitali Kliçko ilə görüşüb.
Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Dövlət başçısı həmçinin MAN SE şirkətinin baş icraçı katibi Yoaxim Drislə görüşüb./APA/
------------
15:41
Münhendə Azərbaycan prezidenti İlham Əliyevin və Xorvatiya prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin görüşü olub.
Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
------------
17:37
Prezident İlham Əliyev fevralın 17-də Münhendə İsrail Dövlətinin müdafiə naziri Aviqdor Libermanla görüşüb.
Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
--------------
19:04
Azərbaycan prezidenti İlham Əliyevin və Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qaninin fevralın 17-də Münhendə görüşü olub.
Görüşdə Azərbaycanla Əfqanıstan arasında əlaqələrin uğurla inkişaf edərək müxtəlif sahələri əhatə etdiyi, ikitərəfli münasibətlərimizin daha da genişlənməsi üçün imkanların olduğu bildirilib.
Pambıqçılıq, sement istehsalı, səhiyyə, nəqliyyat sahələrində əlaqələrin inkişafı baxımından yaxşı potensialın olduğu vurğulanıb. Azərbaycanın brendi olan "ASAN xidmət”in təcrübəsinin Əfqanıstanda yayılması məsələləri müzakirə edilib.
Münasibətlərimizin inkişafında qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyi qeyd olunub.
Söhbət zamanı ölkələr arasında ticarət əlaqələrinin, ixrac-idxal əməliyyatlarının genişləndirilməsi ilə bağlı müəyyən addımların atılması barədə razılığa gəlinib.
X X X
Azərbaycan prezidenti İlham Əliyev Münhendə "Kaspersky Lab” şirkətinin sahibi və baş icraçı direktoru Yevgeni Kasperski ilə görüşüb.
Görüşdə "Kaspersky Lab” şirkətinin Azərbaycan ilə müəyyən sahələrdə uğurla əməkdaşlıq etdiyi vurğulanıb, dünyada mürəkkəb proseslərin baş verdiyi bir dövrdə kibertəhlükəsizliyin təmin olunmasının ikitərəfli əməkdaşlıqda mühüm yer tutduğu bildirilib.
Azərbaycan ilə əlaqələrin daha da genişləndirilməsinin vacibliyinin vurğulandığı söhbət zamanı xüsusilə sənaye və digər sahələrdəki proseslərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində işlərin görülməsi ətrafında fikir mübadiləsi aparılıb.