Borçalı sakinlərinə 8 traktor hədiyyəsi

SOCAR-ın rəhbəri Rövnəq Abdullayev Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstana hədiyyə etdiyi 8 ədəd traktor və qoşqu aqreqatını soydaşlarımızın kompakt yaşadığı Marneuli rayonunun icra hakimiyyəti rəhbərliyinə çatdırıb.
 
Sözügedən texnika Gəncə və Belarusda istehsal olunub.

Bu gün R. Abdullayevin Gürcüstana səfəri çərçivəsində hədiyyə olunan texnikanın təqdimatı keçirilib.
 
Tədbirdə Gürcüstanın baş nazirinin köməkçisi Savalan Mirzəyev və Kvemo Kartli bölgəsinin qubernatoru Paata Xizanaşvili, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və Marneuli rayon icra hakimiyyətinin başçısı Merab Topçişvili iştirak edib.
 
Xatırladaq ki, SOCAR rəhbərliyi Azərbaycan prezidentinin göstərişi ilə bu ilin mart ayının əvvəlində Kvemo Kartli bölgə rəhbərliyinə 10 ədəd "Belarus" markalı traktor və 10 ədəd komplektləşdirilmiş qoşqu aqreqatını təmənnasız olaraq hədiyyə edib.

MediaFax