Referendum: yekun seçici fəallığı açıqlandı - Yenilənib

10:45

Azərbaycanda Konstitusiyada dəyişikliklər üzrə ümumxalq səsverməsi (referendum) ilə bağlı ölkə üzrə saat 10:00-a olan seçici fəallığı açıqlanıb.
 
Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov keçirdiyi mətbuat konfransında bildirib ki, saat 10:00-a qədər 5 267 111 seçicidən 680 438 səs verib.
 
Qeyd olunan vaxta qədər seçici fəallığı 12,9 % təşkil edib.
 
=====
12:57
 
Azərbaycanda Konstitusiyada dəyişikliklər üzrə ümumxalq səsverməsi (referendum) ilə bağlı ölkə üzrə saat 12:00-a olan seçici fəallığı açıqlanıb.
 
Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov keçirdiyi mətbuat konfransında bildirib ki, saat 12:00-a qədər  5 267 111 seçicidən 1 613 879 nəfər səs verib.
 
Qeyd olunan vaxta qədər seçici fəallığı 30,6% təşkil edib.
 
=====
15:35
 
Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə baölı ümumxalq səsverməsində (referendum) ölkə üzrə saat 15:00-a olan seçici fəallığı açıqlanıb.
 
Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov keçirdiyi mətbuat konfransında bildirib ki, saat 15:00-a qədər  5267111 seçicidən 2833 064 nəfər səs verib.
 
Qeyd olunan vaxta qədər seçici fəallığı 53,8 faiz təşkil edib.
 
=====
17:36
 
Azərbaycanda Konstitusiyada dəyişikliklər üzrə ümumxalq səsverməsi (referendum) ilə bağlı ölkə üzrə saat 17:00-a olan seçici fəallığı açıqlanıb.
 
Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov keçirdiyi mətbuat konfransında bildirib ki, saat 17:00-a qədər 5 milyon 267 min 111 seçicidən 3 milyon 348 min 535 nəfəri səs verib.
 
Qeyd olunan vaxta qədər seçici fəallığı 63,6 faiz təşkil edib.
 
=======
20:16
 
Azərbaycanda Konstitusiyaya dəyişikliklər üzrə ümumxalq səsverməsi (referendum) ilə bağlı ölkə üzrə yekun seçici fəallığı açıqlanıb.
 
Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov keçirdiyi mətbuat konfransında bildirib ki, saat 19:00-a qədər  5 milyon 267 min 111 seçicidən 3 milyon 671  min 7 nəfər səs verib.
 
Beləliklə, referendumda seçici fəallığı 69,7 faiz təşkil edib./APA/