Səfirlər Bakıya çağırıldı - Sərəncam

Pərviz Oqtay oğlu Şahbazov Azərbaycanın Almaniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
 
Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.
 
Dövlət başçısının digər sərəncamı ilə Namiq Həsən oğlu Əliyev Azərbaycanın Moldovada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
 
X X X
 
Azər Xudayar oğlu Xuduyev Azərbaycanın Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
 
Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb. 

X X X

Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycanın Argentinada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
 
Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.
 
Dövlət başçısının digər sərəncamı ilə Əliyənnağı Mehti oğlu Hüseynov İranın Təbriz şəhərində Azərbaycanın baş konsulu təyin edilib.
 
X X X
 
Əliyənnağı Mehti oğlu Hüseynov İranın Təbriz şəhərində Azərbaycanın baş konsulu təyin edilib.
 
Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.
 
MediaFax