III Dünya müharibəsi niyə başlayacaq? - Papa açıqladı

Dünya su uğrunda böyük müharibəyə doğru gedir.

Bu barədə Roma Papası Fransisk deyib.

Papa bir çox ölkədə su probleminə diqqət çəkib.

"Su uğrunda III Dünya müharibəsinə doğrumu gedirik? Bəzən bu haqda düşünürəm. BMT-nin hesabatları insanı sarsıdır. Sudan keçən xəstəliklərə görə hər gün dünyada 1000 uşaq ölür. Milyonlarla insan çirkli su içir”, – deyə o bildirib./publika.az/

MediaFax