İfaçının ayağı qırıldı

Türkiyəli müğənni Nilüfər evində qəza keçirib.
 
"Posta”nın verdiyi məlumata görə, qəza nəticəsində ayağı qırılan sənətçi sentyabrın 17-də keçiriləcək konsertini təxirə salmaq məcburiyyətində qalıb.

Müğənni bu barədə sosial şəbəkədə yazıb: "Evdə keçirdiyim kiçik bir qəza nəticəsində ayağımda qırıq meydana gəldi. Bu səbəblə Sapanca konsertini təəssüf ki, təxirə salmaq məcburiyyətində qaldım. Həkim mənə 2-3 həftə istirahət etməyi məsləhət gördü. Çox üzgünəm”./qafqazinfo.az/

MediaFax