Ölməmək üçün Koreya liderindən üzr istədi

Rio-De-Janeyroda keçirilən olimpiya oyunlarının ağırlıqqaldırma yarışında Koreya Xalq Demokratik Respublikasının idmançısı Om Yun Çxol gümüş medal qazanıb.
 
London Olimpiadasında qızıl medal qazanan idmançı bu dəfə eyni uğuru təkrarlaya bilmədiyinə görə, KXDR lideri Kim Çen Indan üzr istəyib:
 
"Kim Çen In mənim üçün həmişə ilham mənbəyi olaraq qalacaq. Çox təəssüf ki, bu dəfə ona qızıl medal hədiyyə edə bilmədim. Bunu bacarmadığıma görə, ondan üzr istəyirəm. Ümid edirəm ki, növbəti Olimpiadada iştirak edəcəm və qızıl medal qazanacam”.
 
Bütün dünyada qəddar diktator kimi tanınan Kim Çen In səhv edənləri özünəməxsus şəkildə cəzalandırır, bir çox hallarda isə öldürür./publika.az/
 


MediaFax