İcra başçısına görə idarə müdirini döydülər

Goranboy rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyevin qanunsuz əməlləri ilə bağlı xəbərlər demək olar ki, hər ay  ölkə gündəmini zəbt edir.
 
Ən maraqlı məqam isə burasındadır ki, Nizaməddin Quliyevin əməlləri sadalansa da, haqlı tənqidlərə məruz qalsa da ancaq o, cəzasız qalmaqda davam edir.

Özünü cəzasızlıq mühitində hiss edən icra başçısı bu dəfə rayonda məskunlaşan Kəlbəcər köçkünlərinin hədəfinə tuş gəlib. Goranboyun Qaraçinar, Şəfəq  və Safıkürd kəndlərinə gələn su borularını kəsdirib, satdıran icra başçısı bu dəfə həmin kəndlərin sakinləri və orada məskunlaşan Kəlbəcər köçkünlərinin etirazına səbəb olub.
 
Saytımızı məlumatlandıran köçkünlərin sözlərinə görə,  Qaraçinar kəndində yaşayan kəlbəcərlilər magistral yolu bağlayıblar. Köçkünlərin aksiyası barədə xəbər tutan Nizaməddin Quliyev hadisə yerinə Su Kanal İdarəsinin rəisi Dilqəm Əvəzovu yollayıb. Ancaq qəzəblənmiş kütlə Dilqəm Əvəzovu elə oradaca döyüb.

Polis qüvvələrinin əraziyə cəlb olunmasından sonra insanları sakitləşdirmək mümkün olub./gununsesi.info/

MediaFax