Hitlerin gizli hərbi bazası tapıldı - Arktikada

Rusiyalı alimlər Arktikada nasistlərin gizli meteroloji bazasını tapıblar.

Gizli obyekt Şimal qütbündən min kilometr aralı yerləşən Aleksandr rayonunda aşkarlanıb.

Bazanın bunkerində ikinci dünya müharibəsinə aid 500-dən çox artefakt tapılıb. Bunlar əsasən kağız sənədlər və yanacaq kanistrləridir.

Ekspertlərin fikrinə görə, baza 1942-ci ildə tikilib. Almanlar 1944-cü ildə gizli bazanı tərk ediblər./ölkə.az/

MediaFax