Hindistanlıların yeni “tanrı”sı - Video

6 yaşlı uşağın qarşısında diz çökür, kömək etməsi üçün ona baş əyirlər 

Hindistanın Calandxar şəhərində yaşayan bir azyaşlı hər kəs tərəfindən tanrı kimi qəbul edilir. Qeyri-adi xarici görünüşə malik olan Pranşu adlı uşağın deformasiyaya uğramış kəlləsi onun fövqəl-insan olduğu ilə bağlı inancları ortaya çıxarıb.

Səhhətindəki problem onun fiziki qabiliyyətlərini də məhdudlaşdırıb. Yeriyə bilməyən 6 yaşlı Pranşunu ilahi varlıq kimi qəbul edən hindlilər onu " Tanrı Qanişa” deyə çağırır. Zəvvarlar bu uşağa rahat sitayiş edə bilsin deyə, Pranşu evlərinin yaxınlığındakı məbəddə sakinləri qəbul edir.

Pranşunun atası da övladının adi insan olmadığına inanır. Öz övladına tanrı deyə sitayiş etdiyini gizlətməyən Kamleş adlı şəxs deyir ki, kim Pranşunun qarşısında baş əyib, ürəyində arzu tutursa istəyi qısa zamanda gerçəkləşir.

Tanrı kimi qəbul edilən uşaq müayinə məqsədilə həkimə aparılsa da, hindli tibb işçiləri onun dərdinə əlac tapa bilməyiblər. Əlaqədar qurumlar uşağın anormal görünüşdə doğulmasını ekoloji çirklənmə ilə əlaqələndirirlər./atv.az/
 

MediaFax