Hindistanın iki məşhuru İstanbul terrorunda öldü - Foto

Hindistanın tanınmış kinorejissoru və modelyeri yeni il günü İstanbulun "Reina" klubunda törədilən terror zamanı ölüb. 

Türkiyə mətbuatı xəbər verir ki, Bollivud prodüseri və kinorejissor olan 49 yaşlı Abis Rizvi Türkiyəyə film üçün gəldiyi bildirilib. 
 
Abis Rizvi Hindistanın Axtar Hassan adlı sabiq millət vəkilinin oğludur. 

Terror zamanı ölən 27 yaşlı modelyer Kusi Şahda Türkiyəyə iş üçün gəlibmiş. Bu haqda hind mətbuatına onun yaxın qohumları məlumat verib./bakıpost.az/

MediaFax