Hindistanda qatar qəzasında 120 insan ölüb - Yenilənib

13:38 
 
Hindistanın şimalında Kanpur şəhəri yaxınlığında sərnişin qatarının 14 vaqonunun relsdən çıxaraq aşması nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb.
 
NDTV telekanalının verdiyi məlumata görə, 200 yaralı var.
 
Faciə məqamında qatarda 500-ə yaxın sərnişin olub. Faciə sərnişinlərin əksəriyyətinin yuxuda olduğu zaman baş verib. Hadisə yerində 250 xilasedici çalışır. Xilasedicilər hələ vaqonlardan birinə daxil ola bilməyiblər. Ona görə də faciə qurbanlarının sayının artacağı istisna deyil./APA/
 
------------
17:13 

Hindistanın şimalında Kanpur şəhəri yaxınlığında sərnişin qatarının 14 vaqonunun relsdən çıxaraq aşması nəticəsində ölənlərin sayı 120 nəfərə çatıb.
 
"Hindustan Times ” nəşrinin verdiyi məlumata görə, faciə məqamında qatarda 500-ə yaxın sərnişin olub.
 
Hazırda 116 cəsəd xilasedicilər tərəfindən vaqonlardan çıxarılıb. Vaqonların birində olan 4 cəsədin çıxarılması istiqamətində iş aparılır.
 

MediaFax