Həyəcan siqnalı oğrunu “ələ verdi” - Bakıda

Gəncədə mağazadan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyinin saytı xəbər verir ki, noyabrın 10-da saat 22 radələrində Gəncə şəhərindəki mağazalardan birindən Gəncə Rayonlararası Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

Dərhal hadisə yerinə gəlmiş RMİ-nin əməkdaşları tərəfindən oradan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Tərtər rayon sakini Elcan İmamverdiyev saxlanılaraq Kəpəz RPİ-yə təhvil verilib. 

MediaFax