Heydər Camal vəfat etdi

Rusiya İslam Komitəsinin sədri Heydər Camal 70 yaşında vəfat edib.

"Report" xəbər verir ki, bu barədə onun "Facebook"dakı rəsmi səhifəsində məlumat yayılıb.

Qeyd edək ki, Heydər Camal 1947-ci il noyabrın 6-da Moskvada anadan olub. 1965-ci ildə MDU yanında Şərq Dilləri İnstitutuna daxil olub, lakin qısa müddət sonra oradan xaric edilib. 1995-ci ildə "İslam Komitəsi Regionlararası" ictimai təşkilatını yaradıb və ona rəhbərlik edib. 

MediaFax