“Həyatımı Putinə borcluyam” - Prezident

Mən sonsuza qədər Rusiya prezidentinə sadiqəm və ona öz həyatımı borcluyam.

Axar.az xəbər verir ki, bunu TASS agentliyinə müsahibəsində Çeçenistan Prezidenti Ramzan Kadırov söyləyib. O, Putinə layiq olmadığını bildirib:

"Mən ona həyatımı borcluyam! Əgər boş sözlər danışıramsa, lənətə gəlim. Mən ona borcluyam. Bir dəfə özümü Putinin əsgəri adlandırdım, dərhal bu ifadəni hədəf aldılar. Lakin mən indiyə qədər heç bu rütbəyə də layiq ola bilməmişəm. Mən Putindən alacağım istənilən çətin tapşırığı özüm üçün ali mükafat hesab edərəm. Mən öz komandirimi, Ali Baş Komandanımı seçmişəm və ona sadiq olacağam”.
 


MediaFax