Hələb azad edildi

Suriyanın Hələb şəhəri terrorçulardan azad olunaraq, normal vəziyyətə gətirilir.
 
Artıq Hələbin şimalı bölgəsinin sakinləri tərk etdikləri evlərinə geri qayıtmağa başlayıb.

Bu əraziləri Bəşər Əsədin ordusu Rusiya hərbi hava qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində "Əl Nusra” və İŞİD terror təşkilatlarından geri ala bilib. Hazırda Hələbdə əhalinin yaşaması üçün təhlükəsizlik tədbirləri görülür.

Sakinlər bildirir ki, Hələb şəhəri "Əl Nusra” terror təşkilatı tərəfindən ələ keçirilən zaman yüzlərlə dinc sakin qətlə yetirilib. Ancaq hazırda Hələbdə həyat əvvəlki axarına qayıdır./publika.az/

MediaFax