Həbsdən çıxan tanınmış jurnalist Azərbaycandan getdi

Jurnalist Rauf Mirqədirov Azərbaycanı tərk edərək Almaniyaya gedib.

Bu barədə R. Mirqədirov özü məlumat verib.

Jurnalist hazırda Frankfurtdadır, sonra oradan Varşavaya – seminarlara yollanacaq. Daha sonar isə o, İsveçrədə yaşayan ailəsini ziyarət edəcək.

R.Mirqədirov Azərbaycana qayıdıb-qayıtmayacağı ilə bağlı suala dəqiq cavab verməyib.

Xatırladaq Rauf Mirqədirov 2014-cü ilin aprelində həbs edilmişdi. O, ötən ilin dekabr ayında Ermənistanın xeyrinə casusluqda ittiham olunaraq 6 il müddətinə azadlıqdan məhrum olunmuş, sonradan isə azadlığa buraxılmışdı./virtualaz.org/

MediaFax