Hava ilə bağlı xəbərdarlıq var

Oktyabrın 21-də Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən xəbərə görə, mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-10° isti, gündüz 10-13° isti, Bakıda gecə 8-10° isti, gündüz 11-13° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şərq rayonlarında intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Şərq küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 10-14° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir. 

MediaFax