“Hafka”nın qardaşına ölkədən çıxış qadağası

Xəbər verdiyimiz kimi, Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin siyahısını açıqlayıb.
 
Siyahıda vergi borcu olan bir neçə tanınmış hüquqi şəxslərin də adı yer alıb. Bunlardan biri "Hafka” ləqəbli iş adamı Hafiz Məmmədovun qardaşı Zeynal Məmmədovdur.

Belə ki, "Bakı” klubunun vitse-prezidenti olan Z. Məmmədovun vergi borcuna görə ölkədən çıxışına məhdudiyyət tətbiq edilib./qafqazinfo.az/
 


MediaFax