“Göyün yeddinci qatında” doğuldu - Maraqlı

İstanbuldan İsveçin  paytaxtı Stokholma gedən Regasus şirkətinə məxsus təyyarədə maraqlı hal yaşanıb.
 
Suriyalı hamilə qadın enişə 45 dəqiqə qalmış təyyarədə ana olub.
 
Hamilə qadın təyyarə Ukrayna hava sahəsində olarkən doğuş sancılarının gəldiyini hiss edib. O, təyyarənin arxa hissəsinə aparılıb və təyyarədə olan türk tibb bacısının köməyi ilə uşağını dünyaya gətirib. Havada dünyaya gələn uşağı sərnişinlər alqışlarla qarşılayıb. Qadın və oğlu təyyarə eniş etdikdən sonra aeroportda onları gözləyən təcili yardım maşını ilə xəstəxanaya aparılıb./lent.az/

MediaFax