Göygöldən şikayət var

Redaksiyamıza tibbi xidmətlə bağlı şikayət daxil olub.
 
Belə ki, Maralgöl və Göygöl ərazisində məskunlaşan sakinlər adıçəkilən ərazilərdə tibbi xidmətin olmadığını deyiblər. Hətta, sakinlərdən birinin ürəyində problem yaranıb. Amma, ilkin tibbi yardım göstərən həkim birqadası tapılmayıb.
 
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə müraciət edib. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, həmin ərazilərdə tibb məntəqələri var.
 
"Həm Maralgöl, həm də Göygöl ərazisində tibb məntəqəsi fəaliyyət göstərir. Həmin ərazidə yaşayan sakinlərə, eyni zamanda, əraziyə axın edən turistlərə səhhətlərində yaranan hər hansı problemlə bağlı ilkin yardım göstərilir. Sadəcə olaraq, ola bilsin ki, bəzi sakinlər həmin ərazilərdə fəaliyyət göstərən tibb məntəqəsindən  xəbərsizdirlər”./modern.az/

MediaFax