Gülənin qardaşı oğlu da azadlıqda çox qala bilmədi - Foto

Türkiyədə FETÖ şəbəkəsi ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində Fətullah Gülənin qardaşı oğlu Salman Gülən bu gün səhər saatlarında həbs edilib. 

Türkiyə mətbuatı xəbər verir ki, "İstedadlar” Liseyinin məzunu olan gənc İstanbul Ədliyyəsinə aparılıb. İstanbul Cəza hakimi Nəcməddin Kafalı tərəfindən dindirilən Salman Gülən "FETÖ şəbəkəsinə üzv olmaq” maddəsilə təqsirli bilinərək həbsxanaya göndərilib.

Qeyd edək ki, o, bir neçə gün əvvəl şəxsi avtomobilində saxlanılmışdı./moderator.az/
 


MediaFax