Gülənin ağzını sildiyi kağızı yeyir, alt paltarını isə... - Şok etiraf

Vaxtilə Fətullah Gülənin ən yaxın adamlarından olan Əhməd Kələş qonaq olduğu televiziya proqramlarından birində Gülən və təşkilatı ilə bağlı heyrətamiz açıqlamalar verib.
 
Ə.Kələş Gülənin ətrafındakı adamların ruhi vəziyyətini izah edərkən maraqlı bir örnək göstərib.



O, Fətullah Gülənin Türkiyədə yaşayarkən qatıldığı bir səhər yeməyində təşkilat üzvlərindən birinin Gülənin ağzını sildiyi salfeti masadan götürüb yediyini deyib:

"Bu cür anormallıq səviyyəsinə gələnlər sonradan ağlınıza gəlməyən hər şeyi icra edə bilir. Hətta Gülənin ağzını sildiyi salfetlə basdırılmaq istəyənlər də var".
 
Vaxtilə Gülənin yaxın çevrəsinə daxil olan Kələşin sözlərinə görə, hərəkat rəhbəri "istəsəm, əlimə aldığım kağızı pula, toxunduğum torpağı qızıla çevirərəm" deyirmiş: "Gülənin kəsilən dırnaq və saçlarını da müqəddəs sayıb saxlayırdılar. Alt paltarlarını da atmazdılar. Təşkilatdan olmayan hər kəsi düşmən kimi görürdük. Hətta Gülənin əlindən öpmək xüsusi bir üstünlük, mühüm mərasim sayılırdı"./lent.az/

MediaFax