Gənc yazar “Söhbətcil duyğular”la gəlir - Təqdimat

Gənc şair İsa Həsənoğlu yeni çapdan çıxmış "Söhbətcil duyğular” adlı şeirlər kitabı ilə oxucuların görüşünə gəlir.
 
Bu barədə Mediafax.Az-a şairin özü məlumat verib.

İ.Həsənoğlunun sözlərinə görə, kitabın məsləhətçisi və ön sözün müəllifi Naxçıvan MR Yazıçılar Birliyinin sədri, şair Asim Yadigar, redaktoru isə şair və jurnalist Əvəz Qurbanlıdır.

Sabah saat 12:00-da Bakıda, Beynəlxalq Mətbuat Mərkəzində təşkil olunacaq təqdimat mərasimində söz və qələm əhli, ziyalılar iştirak edəcək. Müəllif, maraqlanan hər kəsi tədbirə dəvət etdiyini bildirir.
 

Məlumat üçün deyək ki, İsa Həsən oğlu Əliyev (İsa Həsən oğlu) 25 sentyabr 1993-cü ildə Naxçıvan MR Culfa rayonunda dünyaya göz açıb. Bakı Dövlət Universitetində bakalavr və magistr təhsili alıb.

Erkən yaşlarından yaradıcılığa həvəs göstərib. Hazırda Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür. "Söhbətcil duyğular” müəllifin sayca ikinci kitabıdır. Bundan əvvəl İ.Həsənoğlunun "Könül dəryası” adlı şeirlər toplusu işıq üzü görmüşdü.

MediaFax