Gənc qız əməliyyat stolunda can verdi - Bakıda faciə

Bakıda özəl xəstəxanada pasiyent cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişib.

Bu barədə Nərimanov Rayon Prokurorluğundan məlumat verilib.

Belə ki, "İnternational Medical Center” klinikasında 25 yaşlı Şəhla Əliyeva əməliyyat zamanı vəfat edib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır./report.az/

MediaFax