Gəlinini yaba ilə öldürdü - Azərbaycanda dəhşət

Xaçmazda dəhşətli qətl törədilib.
 
Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Uzunoba kəndində qeydə alınıb. Kənd sakini, 1954-cü il təvəllüdlü Məlikməmməd Adıgözəlov sərxoş halda gəlini, 1984-cü il təvəllüdlü Rəmziyyə Əbdürrəhmanovanı yaba ilə çoxsaylı zərbə vuraraq, qətlə yetirib.
 
Hadisəni törədən M. Adıgözəlov saxlanılıb.
 
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir./APA/
 
MediaFax