Gecə xəstəxanaya düşən müğənnidən xəbər var

Dünən gecə əməliyyat olunan müğənni Niyam Səlami səhhəti ilə bağlı saytımıza danışıb:

"Gecə halım qəfildən pisləşdi, təcili tibbi yardıma zəng etməli olduq. Elə gecə yüngül əməliyyat olundum. Ayağımdan problem vardı. El diliylə desəm, çiban çıxarmışdım. İndi evdəyəm, amma yataqdan dura bilmirəm. Yəqin ki, bir müddət yataqdan qalxa bilməyəcəm”.
 
Qeyd edək ki, müğənninin bu gün şəhər məkanlarının birində planlaşdırılan konserti də təxirə düşüb./publika.az/
 
MediaFax