Fransanın paytaxtı Parisdə rəssam Abraham Poincheval qeyri-adi performans nümayiş etdirib.
Associated Press agentliyi xəbər verir ki, rəssam 7 gün boyunca daşın oturan insan formasında oyulmuş hissəsində qalıb. Bu müddət ərzində o, işçilərin dəlikdən verdikləri püre, suda bişmiş meyvə və qaxac ətlə qidalanıb. Bir həftə tamam olduqdan sonra alqışların müşayiəti ilə ehtiyatla oyuqdan çıxan Poincheval qələbə işarəsini nümayiş etdirib. Bir az çaşqın olduğunu etiraf edən rəssam iştirak edənlərə səmimi qarşılamalarına görə minnətdarlığını bildirib.
Poincheval 2014-cü ildə də 13 gün boyunca ayı müqəvvasının içərisində qalıb. Bu müddət ərzində o, qurd və həşəratlarla qidalanıb./aznews.az/
MediaFax