Fəxri ad alan müğənni danışdı

Prezident İlham Əliyev müğənni Nurlan Növrəslini mükafatlandırıb.

Mediafax.Az xəbər verir ki, ölkə başçısının imzaladığı sərəncamla sənətçi "Əməkdar artist” fəxri adına layiq görülüb.

Nurlan Növrəsli Mediafax.Az-a açıqlamasında bu fəxri ada layiq görüldüyü üçün ilk növbədə prezident İlham Əliyevə təşəkkür etdi: "Çox sevindim. Bu sevincimi hər kəsə borcluyam. Xüsusi ilə də prezident İlham Əliyevə. Sağ olsun ki, məni bu fəxri ada layiq gördü”.

Xatırladaq ki, o, Space telekanalının təqdim etdiyi "Azəri Star–2004" musiqi-televiziya müsabiqəsinin finalçısıdır.

2006-cı ildə Qazaxıstanda keçirilən "CAHAN DALA" IX Populyar musiqi və mahnı müsabiqəsinin laureatı, I yerin qalibidir.

MediaFax