“Facebook” hesabınızı qoruyun - Təhlükə var

"Facebook" sosial şəbəkəsində yeni virus yayılıb.
 
"Pages Security” adlı proqram müxtəlif şirkətlərin rəsmi "Facebook" səhifəsini paylaşaraq onların sahiblərinə guya səhifələrinin ləğv olunacağı ilə bağlı xəbərdarlıq edir.  

Məlumatda səhifənin blok edilməməsi üçün hesabın yenidən təsdiqlənməsi xahiş olunur. Təqdim olunan linkə keçid etdikdə və şifrəni daxil etdikdə isə səhifənin idarəçiliyi dələduzların əlinə keçir.

Məlumatda qeyd olunur ki, təqdim olunan linkə keçid etmədiyiniz təqdirdə "sistem avtomatik qaydada hesabınızı blok edəcək və yenidən istifadə mümkün olmayacaq”. Özlərini "Facebook komandası” kimi təqdim edənlər bu yolla həmin səhifəni ələ keçirirlər./report.az/
  


MediaFax