Facebook-da neçə azərbaycanlı var? - Açıqlandı

Bu il iyulun 1-nə olan rəsmi statistikaya əsasən, Azərbaycanda Facebook sosial şəbəkəsinin istifadəçilərinin sayı 1,8 mln. nəfərə çatıb.
 
Internetworldstats.com xəbər verir ki, bu, ölkə əhalisinin 18,2%-i deməkdir.
 
Qeyd edək ki, iyulun 1-nə olan məlumata əsasən, Azərbaycan əhalisinin sayı 9 889 345 nəfərdir. Bunun da 61%-i və ya 6 027 647 nəfəri internet istifadəçisidir.
 
Hesabata əsasən dünya əhalisinin 49,2% və ya 3 611 375 813 nəfərinin internetə çıxışı var. Facebook istifadəçilərinin sayı hesabat dövrünə 22,7% və ya 1 662 233 530 nəfər təşkil edib./publika.az/

MediaFax