Nisbilik nəzəriyyəsi necə meydana gəldi?

XX əsrin ən böyük alimlərindən olan Albert Eynşteynin inqilabi nəzəriyyələri elmin inkişaf tempini hər zaman dəyişib.

Eynşteynin özəlliklərindən biri də çətin elmi müddəaları gündəlik həyat məsələləri ilə ustalıqla əlaqələndirməsi idi. Alimin özü bu təcrübələrinə xüsusi ad verib, onların fərqindən bəhs etmişdi.

Eynşteynin çətin elmi nəzəriyyələrinə cığır açan bir neçə qeyri-adi təcrübəsini oxucularla bölüşürük:

1-Xəyalınızda bir işıq şüasını təqib edin:

O, hələ 16 yaşında olarkən bu anlayış üzərində düşünməyə başlayıb - kosmosa doğru hərəkət edən bir işıq şüasını təqib etsək, nə olar? Alimin fikrincə, əgər işığı yaxalamaq mümkün olsa, onun donduğunun fərqinə varacağıq. Amma bu zaman o donduğu üçün özünün işıq funksiyasını itirəcək.

Nəyahət, o, işığın heç zaman dayanmadığını və hər zaman öz sürətində hərəkət etdiyinin fərqinə vardı. Amma bu xüsusda nələrinsə mütləq dəyişməli olduğunun vacibliyini qeyd etdi. Sonda dəyişənin yalnız zamanın özü olduğu qənaətinə gəldi. Bu fakt alimin "nisbilik nəzəriyyəsi” üçün əsas açar rolunu oynadı.

2-Hərəkət edən qatarda ayaq üstə durduğunuzu xəyal edin:

Dostlarınızı qatarın çölündə, özünüzü isə onun içində xəyal edin. Təsəvvürünüzdə qatarın hərəkətini izləyin. Əgər qatarın hər iki tərəfində işıq varsa, dostlarınız onları eyni anda görəcək. Amma siz həmin hərəkət edən qatarda olduğunuz üçün işığa daha yaxınsınız. Onu ilk siz görürsünüz. Çünki sizinlə işığın arasında daha az məsafə var. Bu xəyali təcrübə zamanın sabit və hərəkət edən insanlara görə fərqli keçdiyini əks etdirir.

Bu fikir təcrübədə Eynşteynin nisbilik nəzəriyyəsinin təməl daşı rolunu oynayıb.

3- Kosmik gəmidə bir əkizinizin olduğunu xəyal edin:

Sizinlə eyni vaxtda anadan olan bir əkizinizin olduğunu düşünün. Təsəvvür edin ki, o anadan olan kimi kosmik gəmiyə atılır və orada işıq sürətində hərəkət edir. Eynşteynin nisbilik nəzəriyyəsinə görə, siz və əkiziniz fərqli sürətlərdə qocalırsınız. Çünki işıq sürətinə yaxınlaşdıqca zaman yavaşıyır və əkiziniz daha yavaş qocalır. Həmin kosmik gəmi dünyaya qayıdan zaman siz özünüz qocalsanız da, əkiz tayınız yeniyetmə kimi qalacaq. Bu fikri təcrübə də Nisbilik nəzəriyyəsinin əsasını təşkil edib./moderator.az/

MediaFax